Quş əti yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur, belə
yüksək qidalılıq dəyərinə malik olması bilavasitə quş ətinin kimyəvi tərkibi ilə
əlaqədardır. Belə ki, quş ətinin tərkibində insan orqanizmi tərəfindən asanlıqla
həzm olunan zülallar, yağlar, vitaminlər, mineral maddələr və karbohidratlar
vardır. Quş ətini təşkil edən bu maddələr quş ətini keyfiyyətinin
formalaşmasında xüsusi əhəmiyyətə malikdir.
Zülallar:
Belə ki, quşun növlərindən asılı olaraq quş ətində zülalların miqdarı 11-dən 25%-ə qədər dəyişilir. Bu zülalların əsasən tam dəyərli zülallardan ibarətdir. Quşlar arasında daha çox zülalla zəngin
hinduşka ətidir. Ən az isə qaz əti hesab olunur. Arıq və cavan quş ətində olan zülalların miqdarı kök və yaşlı quş ətinə nisbətən çox olur. Lakin zülallarən ümumi miqdarı quşun tam qidalılıq dəyərini
xarakterizə etmir. Çünki quş ətinin tərkibində olan tamdəyərli, zülallarla yanaşı olaraq, quş ətinin tərkibində tamdəyərli olmayan zülallardan vardır. Ona görə də quş ətinin qidalılıq dəyərliliyi tamdəyərli zülalların miqdarı ilə xarakterizə olunur. Məhz bu göstəriciyə görə quş əti, mal ətindən fərqli xüsusiyyətə
malikdir. Belə ki, quş ətində tam dəyərli zülalların miqdarı 7% olduğu halda qara mal ətində isə 25% təşkil edir.
Yağlar:
Quşun növündən asılı olaraq ətin tərkibində yağın miqdarı dəyişilir.
Belə ki, quş ətində yağın miqdarı 4,5-dən (cücədə) 53%-ə qədər (yağlı ördəkdə)
dəyişilir. Quş ətinin tərkibində olan yağlar aşağı temperaturda əriyir (23-390C).
Ona görə quş ətinin tərkibində olan yağlar orqanizm tərəfindən çox asanlıqla
həzm olunur. Quş ətinin tərkibində olan yağlar əsasən doymamış yağ
turşularından ibarətdir. Müəyyən olunmuşdur ki, quş ətinin tərkibində olan
doymamış yağ turşularının miqdarı mal və qoyun ətindən fərqli olaraq 5-20 dəfə
çoxluq təşkil edir.
Mineral və ekstraktiv maddələr:
Quş ətinin tərkibində olan maddələr arasında mineral maddələr xüsusi
əhəmiyyət kəsb edir. Bu maddələrin miqdarı quş ətində 0,5%-dən 1,2%-ə qədər
dəyişilir. Quş ətinin tamlı və dadlı olmasından onun tərkibində xeyli miqdarda
ekstraktiv maddələrin olmasından irəli gəlir. Quş ətində ekstraktlı maddələrin
miqdarı -1,5%-dir. Quş ətinin dadı və ətirliyi məhz bu maddələrin miqdarından
asılıdır.
Vitaminlər:
Quş ətinin tərkibi əsas maddələrdən biri olan vitaminlər ilə zəngindir. Quş
ətinin tərkibindən dominantlıq təşkil edən vitaminlərə – A, B1, B2, B6, B12 və PP
vitaminləridir. Lakin qeyd etmək lazımdır ki, quş ətində vitaminlərin miqdarı
digər maddələrə nisbətən azlıq təşkil edir. Quş əti qara mal ətində fərqli olaraq
onun tərkibində vitamin – B6 və biotin vitaminləri çoxluq təşkil edir.
Karbohidrat:
Quş ətinin tərkibində olan maddələrdən biri də karbohidratdır (qlikogen).
Bu maddənin miqdarı digər maddələrə nisbətən quş ətində azlıq təşkil edir. Bu
maddənin miqdarı quş ətində 0,5%-ə qədər olur.
Su:
Quş ətində mühüm rol oynayan maddələrdən biri sudur. Quşun növündən
asılı olaraq suyun miqdarı 35%-dən 72%-ə qədər dəyişilir. Suyun miqdarı yağlı
ördək ətinə nisbətən cücə ətində daha çoxdur.
Qeyd etmək lazımdır ki, quş ətinin kimyəvi tərkibi sabit olmayıb, quşun
növündən, cinsindən, saxlanma şəraitindən, yemlənməsindən, yaşından və
köklük dərəcəsindən asılı olaraq dəyişən olur.
Beləliklə, quş ətinin kimyəvi tərkibini və enerji dəyərliliyinin
öyrənilməsindən məlum olur ki, quş əti mürəkkəb tərkibli olub, tərkibində bir
sıra dəyərli maddələr – zülallar, karbohidratlar, su, azotlu və azotsuz maddələr,
vitaminlər və fermentlər vardır ki, bu maddələrin hər biri ayrı-ayrılıqda quş
ətinin formalaşmasına və quş cəmdəyinin müxtəlif anomatik nahiyyəsinin
inkişafına təsir göstərir.
0 Comments