Yoluxucu mikroorqanizmlərlə insan, heyvan və quşların qarşılıqlı yaşayış tərzi zamanı baş verən
mürəkkəb bioloji hadisə infeksion proseslə nəticələnir.İnfeksiya yoluxdurmaq,
zəhərləmək – mürəkkəb bioloji proses olmaqla müəyyən xarici
mühit şəraitində insan, heyvan və quş orqanizmi ilə patogen
mikroorqanizmin qarşılıqlı münasibətindən ibarətdir. Bu zaman mikro və makroorqanizmlərin
müxtəlif xüsusiyyətlərindən asılı olaraq infeksion proses infeksion xəstəlik,
mikrob daşıyıcılıq və immunoloji infeksiya şəklində özünü göstərir.Xarici mühitin müəyyən şəraitində mikroorqanizmlərlə makroorqanizmlərin qarşılıqlı təsirindən orqanizmdə yaranan mürəkkəb
bioloji prosesə infeksion proses deyilir. Bioloji baxımdan infeksiya simbiozun və parazitizmin bir formasıdır. İnfeksiya törədicisi ilə heyvan və quş orqanizminin qarşılıqlı təsirinin
xarakterindən asılı olaraq infeksiyanın üç forması müşahidə edilir.

İnfeksiyanın formaları:

İnfeksiya törədicisi ilə heyvan və quş orqanizminin qarşılıqlı təsirinin xarakterindən asılı olaraq infeksiyanın üç forması müşahidə edilir.

  • Birinci forma infeksiya;

İnfeksiyanın birinci və ən aydın forması infeksion xəstəlikdir. Bu forma orqanizmin normal həyat fəaliyyətinin pozulmasını göstərən əlamətlərlə, orqan və toxumaların funksional pozğunluğu və zədələnmələri ilə səciyyələnir. İnfeksion xəstəliklərinin çoxu müəyyən kliniki əlamətlərlə
özünü göstərir. Bəzən infeksion xəstəliklər kliniki əlamətlərlə özünü nəzərə çarpdırmır. İnfeksiya gizli gedir və belə vəziyyət əlamətsiz gizli infeksiya adlanır. Belə xəstəlikləri aşkar etmək üçün laboratoriya müayinələri, bakterioloji, virusoloji və immunoloji diaqnostika üsullarından istifadə edilir.

  • İkinci forma infeksiya;

İnfeksiyanın ikinci forması mikrobdaşıyıcılıqdır. Bu formada xəstəlik törədicisi orqan və toxumalarda patoloji vəziyyət və immunoloji proseslər törətmir. İnfeksiyanın bu formasını mikrobioloji müayinə üsulları ilə aşkar etmək mümkündür. Təbiətdə mikrobdaşıyıcılığın digər formaları, yəni
xəstəliyi keçirmiş heyvanların sərbəst forması və vaksinasiya olmuş olan sağlam heyvanların mikrobdaşıyıcılğından fərqləndirmək lazımdır.

  • Üçüncü forma infeksiya;

İnfeksiyanın üçüncü forması immunlaşdırıcı subinfeksiya hesab edilir. Belə forma zamanı mikrobun təsirindən heyvan və quş orqanizmində spesifik dəyişikliklər və immunitet yaranır, ancaq mikrobun özü isə tələf olur. Orqanizmdə funksional dəyişikliklər baş vermir və bu infeksiya törədicinin mənbəyinə çevrilmir.

Patogen mikroorqanizmlər:

Parazitizm yaşama tərzində mikroorqanizm sahib orqanizminə daxil olaraq onun hesabına yaşayır və həyat fəaliyyəti ilə makroorqanizmin məhvinə səbəb olur. Belə mikroorqanizmlər patogen, yəni xəstəlik törədici
mikroorqanizmlər adlanır. Patogen mikroorqanizmlərə misal olaraq bakteriyaları, mikroskopik
göbələkləri, xlamidiyaları və virusları göstərmək olar. Mikroblarda parazitizm təkamül nəticəsində baş vermiş və inkişaf etmişdir. Təkamül əsasında mikroblar müxtəlif qidalanma xüsusiyyəti əldə etmişdir.
Patogen mikroorqanizmlərdən əlavə bir qrup mikroorqanizmlər də var ki, bunlara şərti və ya potensial patogen mikroorqanizmlər deyilir. Bu qrup mikroorqanizmlər insan, heyvan və quşların dəri səthində, həzm, tənəffüs və sidik-cinsiyyət üzvlərində yaşayır. Normal həyat tərzində bir
qrup mikroorqanizmlər sahib orqanizmində xəstəlik törədir. Ancaq bəzi faktorların təsirindən orqanizmin immunobioloji reaktivliyi aşağı düşdükdə bu qrupun nümayəndələri öz patogenlik xüsusiyyətlərini artıraraq xəstəlik törədir.
Ümumiyyətlə, məlumdur ki, infeksion xəstəliyin baş verməsi üçün 3
element lazımdır: patogen mikrob, həssas heyvan və ya quş orqanizmi və keçirici amillər.

Xəstəliyin baş verməsində patogen mikrob əsas elementdir. Patogenlik mikrobun növ əlaməti olub, onun xəstəlik törətmə qabiliyyətinə deyilir və spesifik irsi xüsusiyyəti təşkil edir. Spesifiklik infeksion prosesin əsas xüsusiyyətlərindən biridir, yəni hər bir xəstəliyin özünəməxsus törədicisi
olmalıdır.
Mikrobun patogenlik, yəni xəstəlik törədici əlaməti irsi xarakter daşıyaraq nəsildən-nəsilə verilir. Ancaq mikrobun patogenlik qabiliyyəti sabit bir əlamət olmayıb, şəraitdən asılı olaraq zəifləyir və ya güclənir.
Mikrobun patogenlik dərəcəsi virulentlik (zəhərli) adlanır.

Patogen mikrobların virulentlik dərəcəsi:

Patogen mikrobların virulentlik dərəcəsini artırmaq və ya azaltmaq mümkündür. Virulentliyi zəif olan mikrobların bu xüsusiyyətini artırmaq üçün onu münasib qida mühitində yetişdirmək, xəstəlik törədicisini
həssas heyvan və ya quş orqanizmindən bir neçə dəfə keçirtmək lazımdır. Əksinə virulentliyi yüksək olan mikrobları onun üçün əlverişli olmayan qida mühitində yetişdirdikdə onların virulentliyi zəifləyir.
Mikrobların patogenlik dərəcəsini müəyyən etmək üçün virulentlik vahidi təyin olunub, buna da ən kiçik ölüm dozası deyilir. Yəni təcrübə heyvanlarının 80%-ni öldürən mikrobun ən kiçik dozası minimum ölüm
dozası adlanır.

Categories: Uncategorized

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *