Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını xarakterizə edən mühüm amillərdən biri də ölkədə ümumi istehsal həcminin ildən-ilə artması və bunun ən müxtəlif sahələri əhatə etməsidir. İstehsalat və hasilatın real quruluşunun təhlili göstərir ki, burada digər təbii resursların səmərəli şəkildə mənimsənilməsi genişlənməklə, eləcə də qeyri-neft sektorunda dinamik artım yaşanmaqdadır. Bunun nəticəsidir ki, keçən cari ilin ilk yarısında qeyri-neft sektorunda artım neft istehsalına nisbətdə daha böyük olub və 15,3 faiz təşkil edib.
Bütün bunlar yeni istehsal sahələrinin, iş yerlərinin açılmasında, iqtisadi artımın davamlılığının təmin edilməsində, əhalinin gəlirlərinin artırılmasında və rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasında mühüm rol oynayan faktorlar kimi çıxış edir.
Özəl sektorda qeydə alınan tərəqqinin daha dinamik xarakter alması məqsədilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, regionların inkişafı, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Bunun nəticəsidir ki, görülmüş işlər sayəsində sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib və bu, dövlət sahibkar münasibətlərini yüksək səviyyədə inkişaf etdirir. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində atılan əhəmiyyətli addımlar, onların hüquqlarının müdafiəsinin işlək mexanizmlərinin yaradılması və tətbiqi sahibkarlıq subyektlərinin fəaliyyət miqyasını xeyli dərəcədə genişləndirən əsas faktorlardandır.
Dünyanın bir çox ölkələrində də quşçuluq sənayesi kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində aparıcı yer tutur. Bu sahə əhalini yüksək keyfiyyətli pəhriz məhsulları, sənayeni isə emal üçün xammal ilə təmin edir. Quşçuluq heyvandarlığın ən tez yetişən və gəlirli sahələrindən biridir. Ona görə də bu sahəni inkişaf etdirməklə qısa müddətdə ət və yumurta kimi qiymətli yeyinti məhsullarının miqdarını sürətlə artırmaq və əhalinin həmin məhsullara olan tələbatını ödəmək mümkündür. Respublikamızda quşçuluğun inkişaf tarixindən və onun səciyyəvi xüsusiyyətlərindən görünür ki, əhali bütün dövrlərdə bu sahənin inkişaf etdirilməsinə, məhsuldarlığın yüksəldilməsinə, mövcud olan cinslərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Quşçuluqda yeyinti məhsullarından başqa, sənaye üçün xammal və kənd təsərrüfatı üçün üzvi gübrə (quş peyini) də alınır. Başqa növ heyvanlarla müqayisə etdikdə görünür ki, quşçuluqdan alınan yeyinti məhsulları həm daha tez, həm də ucuz başa gəlir. Müasir dünyada baş verən qlobal istiləşmə mühüm ərzaq məhsullarına tələbatı da artırır. Artıq dünyanın inkişaf etmiş əksər ölkələri insan orqanizmi üçün mühüm – daha tez zülal yarada bilən məhsulların istehsalını əsas hədəfləri olaraq müəyyənləşdiriblər. Belə məhsullardan biri də yumurta və quş ətidir. Yumurta məhsulunda zülal 1, quş ətində isə 30-35 gün ərzində formalaşır. Quşçuluğun belə gəlirli və əlverişli sahə olmasına baxmayaraq, sovet rejimi dağıldıqdan sonra bu sahə də geridə qalmış və özbaşına buraxılmışdı. Müstəqillik əldə etdikdən sonra respublikada fəaliyyətsiz qalan, bəzi quşçuluq fabrikləri tam gücü ilə olmasa da, məhsul istehsalına başladı. Bir müddətdən sonra yeni broyler təsərrüfatları yaranmağa başladı
0 Comments