Toyuqların və cücələrin saxlanılması
Quşçuluq təsərrüfatlarının hər il müntəzəm olaraq yaşlı və az məhsuldar toyuqların, yüksək məhsuldar cavanlarla əvəz edilməsi və toyuqların sayının artırılması, fermerlərin və həmçinin ailə təsərrüfatlarında toyuqların məhsuldarlığının artırılmasını təmin etmək məqsədi ilə cücələrin bəslənməsi üçün lazımı qaydalara əməl edilməlidir.
Körpə cücələrin sağlam böyüməsi üçün havanın nəmliyi və həddənartıq quru olmamasını təmin etməkdən ötrü cücə damlarında daim yoxlamaq üçün termometr olmalıdır. Termometr qızdırıcı cihazdan 50-60 sm aralıda və döşəmədən 10 sm hündürlükdə ölçülür. İstilik normal qaydada olduqda cücələr gümrah, lələkləri hamar olur, yemi həvəslə yeyir, suyu qədərincə içir və çəkinin tez artmasını təmin edir.
Su qablarda həmişə təmiz su olmalıdır. Cücələri mədə-bağırsaq xəstəliklərindən mühafizə etmək üçün suya 1:10.000 nisbətində kalium hipermanqanat qatılır.
Ördəklərin saxlanılması
Ördək balalarını da cücələr kimi ət almaq məqsədilə qrup şəklində yetişdirmək olar. Kökəldilməni kült toyuqların altında və ya süni formalaşdırılmış şəraitdə, yəni ana toyuqsuz aparmaq olar. Şəxsi köməkçi təsərrüfatlarda kürt toyuqların altında ördək balalarının yedirilməsi olduqca sadə və rahatdır. Bir ördək-kürt toyuq 10-dan 15-ə qədər ördək balası çıxarmağa qadirdir. Ördək balaları ilk dövrlərdə xəstəliyə dözümsüz olur və daha çox qayğı tələb edir. Əlverişli nəticələr çarhovuzların tətbiqiylə kürt toyuğun altında ördək balalarının böyüdülməsi ilə əldə olunur. Bu halda ördək balalarında istiliyin tənzimlənməsinin formalaşması ehtimal ki, daha tez alınır.
Yaxşı sağlam quşların seçilməsi üçün bəzən onları 0.5 km qovurlar. Sıradan geri qalanlar zəif quşlar sayılır və qrupa əlavə olunmur. Qrupa seçim zamanı ən vacib parametrlərdən biri də quşların canlı çəkisidir. 7 aylığında dişi ördəklər 2.8-3 kq, erkəklər isə 3.5-4 kq-a çatmalıdırlar. Qrupların yığılması zamanı 1 erkək ördəyə 4 dişi düşür, bəzən də yüngül cinslər üçün 1 erkəyə 6 dişi də düşə bilər
Ət üçün böyüdülən ördəklərin həyatlarının birinci 3 həftəsində temperatur vacib rol oynayır. Birinci 7 gün ərzində yerdən 10-15 sm hündürlükdə temperatur 28-30°C, ikinci həftə 20-22°C, üçüncü həftədə isə 16-18°C olmalıdır. Bu temperatur rejimində 3 həftədən sonra onlar 8-10° C-ə də davam gətirirlər.
Qazların saxlanılması
Qazlar ölkəmizdə planlı şəkildə artırılmasa da, kənd yerlərində yaşayan insanların sevimli məşğuliyyətini təşkil edir. Qazların əti dadlı-ləzzətli yeməklərdə çox istifadə edilir. Qazların lələyindən də istifadə edilir. Yumurtasından ölkəmizdə yalnız baş sayının artırılmasında istifadə olunur. Qazlar çox səliqəlidir, tezyetişən və mühitə tez uyğunlaşırlar. Fermadan nə qədər uzağa getmələrinə baxmayaraq, geriyə yolu həmişə tanıyırlar. Əlavə olaraq onlar həmişə vaxtında evə qayıdırlar.
Qazların müxtəlif cinslər və cins qrupları var: vladimirski, arzamat, gorkiy, xolmoqorq, kaluqa, böyük boz, şadrin, pskovsk və s. Vladimir cinsli qazların digər cinslərlə müqayisədə saxlanmasında və yemlənməsində o qədər də qayğı tələb olunmur. Həm də çəkilərinə görə digərlərindən heç də geri qalmırlar. Erkək qazların çəkisi 8-10 kq, dişiləri isə 7-8 kq olur. İl ərzində 40-45 yumurta verirlər.
Qaz hinində qabaq divarın hündürlüyü 2.1 m, arxa divar isə 1.25 m olmalıdır. Belə ölçülər maddi baxımdan xüsusilə kəndli ailə təsərrüfatları üçün sərfəlidir. Həm də içəridə quşlara lazım olan qədər yer və havalanma şəraiti yaranır. Hər qaz hinində iki bölmə var. Balalar ana ilə qrup metodu ilə saxlanılır. Qaz hinləri müvafiq olaraq təchiz edilir. Hər bölmə taxtadan arakəsmələrlə beş bərabər seksiyaya bölünür. Qaz cücələri inkubatordan 29-31-ci gün çıxmağa başlayırlar. Onlar üçün xüsusi yer yoxdur, əsasən, analarının yanında qalırlar. Adi yarıya bölünmüş saxlanma damından istifadə etmək olar: bir tərəfi – cücələr üçün, başqa tərəfi isə – qaz balaları üçün. Bu yerdə qızdırıcılar qoyulur – metal lampalı və elektrik qızdırıcılı qapaqlar. Cücələr həyatlarını ilk günlərini bu qızdırıcılar altında 27-28 dərəcə istidə keçirirlər. Sonra hər beş gündən bir temperatur 2-3 dərəcə azaldılır.
0 Comments