Quşların təsərrüfatı, quşların yetişdirilməsi, qidalanması və xəstəliklərinə qarşı mübarizə aparılması ilə əlaqəli sahədir. Bu sahədə, quşların yetişdirilməsi, quş ətinin istehsalı və yumurta istehsalına olan ehtiyac nəticısində quşçuluq sənayesinin sürətlə inkişaf etməsinə böyük təsir edir.

Ev quşlarının, əsasən yumurtaları, ət və ya quşların yüksək dadlığı olan hissələri üçün böyüdülür və saxlanılır. Bu sahədə, ən çox yetişdirilən quş növləri arasında yumurta və ət istehsalı üçün toyuq, ördək, bildirçin, qaz, hündüşka və kəklikdir. Təsərrüfat üzrə biznes qurmaq və ya maraqlanmaq istəyənlər quşların qidalanma, küməs və saxlanılma şəraitləri , quş dərmanları , ət və yumurta istehsalı üçün mühim qaydalar, quşların sağlamlığını və gücləndirilməsini dəstəkləmək kimi məsələlərə diqqət yetirmək və  quş fermaları ilə yaxından tanış olmalıdırlar ki, gələcəkdə müəyyən çətinliklə qarşılaşdıqda həll yolu onlar üçün daha asan olsun.

Quşların bioloji xüsusiyyətləri

Quşlar bir sıra maraqlı və özünəməxsus bioloji xüsusiyyətlərə malikdirlər ki, bunlara aşağıdakılar aiddir. Quşlar çox bala verməsi və yüksək bədən temperaturuna  malik olmaları ilə digər heyvanlardan fərqlənirlər. Onlar tez böyüyənlərdəndir, onlarda embrional inkişaf ana bətnindən kənarda baş verir.

İnsanların məqsədyönlü və uzunmüddət apardığı iş nəticəsində məhsuldarlığı artmışdır. Bir ildə (12 ayda) 280-290 ədəd yumurta verir, broyler (çolpa) 49 günlük yaşda 1,8-1,9 kq-a çatır.

Vəhşi hinduşqa 10-11 aylıq yaşda ilk yumurtalamağa başlayır və il ərzində11-15 ədəd yumurta verir. Ev hinduşqaları 5-6 aylıq yaşda yumurtalamağa başlayıb 100- ədəd və çox, il ərzində isə 180-200 ədəd yumurta verir.

Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin. Və nəticədə toyuqlar daha məhsuldar və sağlam olar.

Qazlar ölkəmizdə planlı şəkildə artırılmasa da, kənd yerlərində yaşayan insanların sevimli məşğuliyyətini təşkil edir. Qazların əti dadlı-ləzzətli yeməklərdə çox istifadə edilir. Qazların lələyindən də istifadə edilir. Yumurtasından ölkəmizdə yalnız baş sayının artırılmasında istifadə olunur. Qazlar çox səliqəlidir, tezyetişən və mühitə tez uyğunlaşırlar. Fermadan nə qədər uzağa getmələrinə baxmayaraq, geriyə yolu həmişə tanıyırlar. Əlavə olaraq onlar həmişə vaxtında evə qayıdırlar. quşçuluq təsərrüfatı
Ördək balalarını da cücələr kimi ət almaq məqsədilə qrup şəklində yetişdirmək olar. Kökəldilməni kült toyuqların altında və ya süni formalaşdırılmış şəraitdə, yəni ana toyuqsuz aparmaq olar. Şəxsi köməkçi təsərrüfatlarda kürt toyuqların altında ördək  balalarının yedirilməsi olduqca sadə və rahatdır. Bir ördək-kürt toyuq 10-dan 15-ə qədər ördək balası çıxarmağa qadirdir. Ördək balaları ilk dövrlərdə xəstəliyə dözümsüz olur və daha çox qayğı tələb edir. Əlverişli nəticələr çarhovuzların tətbiqiylə kürt toyuğun altında ördək balalarının böyüdülməsi ilə əldə olunur. Bu halda ördək balalarında istiliyin tənzimlənməsinin formalaşması ehtimal ki, daha tez alınır. quşçuluq təsərrüfatı

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *