Nyukasl xəstəliyi (yalançı taun, atipik taun, Asiya taunu) psevdopestis avium
Nyukasl quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator və visseral orqanların,
mərkəzi əsəb sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

Törədicisi:

Paramiksoviruslar qrupundan birinci qrup serotipinə mənsub, tərkibində RNT olan virusdur. Patogenliyinin müxtəlif olmasına görə nyukasl virusu ştammlara bölünürlər: zəif ştammlar (çox zəif); bütün yaşlı cücələr üçün apotogen; mezogen (orta) ştammlar toyuq embrionlarını öldürür, 30 günlüyə qədər cücələrd respirator nişanələr və təlafat törədir; velogen (çox qüvvəli) bütün növ quşlar üçün patogen olan virulentli epizootiki ştammdır. Nyukasl xəstəliyi virusu natrium qələvisinin 0,5%-li məhlulunda 20
dəqiqəyə, formaldehidin 2%-li, tərkibindən 2%-li fəal xlor və 1% qələvi olan hipoxloridin 2%-li məhlulunda 3 dəqiqəyə zərərsizləşir. Nyukasl virusu ilə yoluxmuş quş binası natrium qələvisinin 2%-li, formaldehidin 3%-li məhlulu ilə dezinfeksiya etdikdə 24 saata zərərsizləşmiş olur. Yumurta qabığında virus formaldehid buxarının təsirindən 1 saata, 0,5%-li natrium qələvisinin təsirindən 20 dəqiqəyə, xlorlu əhəngin tərkibində 1 % fəal xlor olan su məhlulunun təsirindən 10 dəqiqəyə tələf olur.

Patogenezi:

Quşun bədəninə daxil olmuş virus qana keçir və əsas etibarı ilə dalaqda çoxalır. Virus yoluxmadan 20 saat sonra qan dövranına daxil olur. Virusun təsirindən hematoelcefalik baryerin keçiricilik xassəsi pozulur və viremiya inkişaf edir. Qan damarlarının divarları boşalır və genişlənir. Ürək əzələsində distrofiki, degenerotiv dəyişikliklər inkişaf edərək onun zəifləməsinə səbəb olur. Bu dəyişikliklər qan dövranının pozulmasına və hiperemiyanın, qan durğunluğunun inkişaf etməsinə, şiş və qan sağıntılarının əmələ gəlməsinə səbəb olur. Xüsusilə mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir.

Profilaktika:

Nyukasl xəstəliyin profilaktikası epizootik situasiyadan
asılı olaraq 3 əsas hissədən ibarətdir.

  1. Xəstəlik törədicisinin bölgələrə gətirilməsinin qarşısını almaq üçün təsərrüfatları ciddi təcrid etməklə xəstəliyə yoluxmuş ana sürüsü və damazlıq yumurta gətirilməsini qadağan etmək.
  2. Xəstəlik baş verdikdə və yoluxma təhlükəsi olan binadakı quşların hamısını ləğv etməklə onun ətrafındakı təsərrüfatlarda peyvənd aparmaq.
  3. Nyukasl xəstəliyi stasionar xarakter olan və xəstəliyin çətin ləğv olunmasını nəzərə alaraq bütün quşları planlı şəkildə peyvənd etməkdir. Birinci iki tədbirlərin yerinə yetirilməsi nəticəsində nyukasl xəstəliyindən quşların qorunması səmərəli olmaqla ucuz başa gəlir. Bu üsuldan Almaniya, Fransa, İngiltərə, ABŞ, Kanada, Skandinaviya və Baltikyanı ölkələrdə istifadə olunur. Dünyanın bir sıra, xüsusi ilə iqlimi isti və əhalisi sıx olan ölkələrdə xəstəliyin yayılmasının qarşısını bu üsulla almaq mümkün olmur. Ona görə də quşların hamısını müntəzəm olaraq peyvənd etməklə onların sağlam qalmasını və məhsuldarlığını təmin edirlər.

Karantin qoyulması qaydaları:

Quşlarda nyukasl xəstəliyinə diaqnoz
qoyulduqdan sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikası
Qanununun 8.1.8-ci maddəsinə uyğun olaraq hazırlanan “Karantin qoyulan
ərazidə qoruyucu karantin, xüsusi baytarlıq və digər tədbirlərin baş vermiş
xəstəliyin yayılma təhlükəsi olan zonalarda məhdudiyyət və xəbərdarlıq
təyinatlı işlərin aparılması” qaydalarında nəzərdə tutulan tələblərə ciddi
əməl olunmalıdır.
Karantin qoyulmuş təsərrüfatlarda və təhlükəli zonada aşağıdakılar
qadağan edilir:

  • Quşçuluq təsərrüfatlarına kənar şəxslərin buraxılması;
  • Quşların, quş məhsullarının satışı və tədarükü;
  • Həmin ərazidən kənara, eləcə də kənar yerlərdən bütün əraziyə
    quşların və onların məhsullarının buraxılması;
  • Quşların nyukasl xəstəliyinə görə qeyri-sağlam olan quşçuluq
    təsərrüfatlarında bütün quşlar təcili olaraq qansız üsulla məhv edilir.
    Yardımçı təsərrüfatlarda təlimat əsasında yuyucu natrium qələvisi,
    formalin, xlorlu əhəng və digər viruslara təsiredici maddələr ilə dezinfeksiya
    edilməli;
  • Quşların peyini, döşəmə və yem qalıqları biotermiki olaraq təcrid
    olunmuş qaydada zərərsizləşdirilməli;
  • Quşçuluq təsərrüfatından, kəsim məntəqəsindən və inkubatoriyadan
  • quş məhsullarının tədarük edilməsinə, kənara çıxarılmasına və satışına yol
  • verilməsi üçün ciddi nəzarət edilməli;
Categories: Uncategorized

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *