Quşçuluqda temperaturun önəmi əvəzolunmazdır. Quşlar üçün nəzərdə tutulan saxlanma texnologiyalarına temperatura əməl edilməlidir. Temperatur ən önəmli faktorlardan biridir. Yəni, anac quşlardan alınan yumurtalar inkubasiyaya qoyulmalı, 1 günlük cücələr orta hesabla 34 qr canlı kütlədə olmaqla, 3-4 gün əvvəldən hazırlanmış binada yerləşdirilməlidir. İlk 3 gün ərzində binada (döşəmədən 8 sm hündürlükdə) havanın temperaturu 32-300C, nəmlik isə 65-70 % təşkil etməlidir. Binanın döşəməsi (1m2 sahəyə 0,5 kq hesabı ilə) sönmüş əhənglə ağardılmalı, daxili divarlar və avadanlıqlar temperaturu 700C olan 2%-lı kaustik soda məhlulu ilə dezinfeksiya edilməlidir. Quşlar doğranmış küləş və saman səpilmiş, uzun müddət dəyişməyən döşənək üzərində saxlanmalıdır. Quşların saxlanmasında temperaturun önəmi quşların intensiv inkişafına təsir edən amillərdən ən önımlisidir. Quşların intensiv inkişafına təsir edən bir amil də 1 m2 sahəyə yerləşdirilməsi normativləridir. Quşçuluqda temperaturun önəmi haqqında daha çox məlumat:
Quşların yaşı, gün | Yetişdirmə üsulu | 1m2 sahəyə düşən quşların baş sayı,baş |
1-30 | Dəyişməyən döşənəkdə | 18-20 |
31-60 | Dəyişməyən döşənəkdə | 15-17 |
61-90 | Dəyişməyən döşənəkdə | 12-14 |
91-154 | Dəyişməyən döşənəkdə | 8,0-10 |
155-420 | Dəyişməyən döşənəkdə | 5,0 |
Anac quşlar
Anac quşlar yay aylarında əvvəlcədən quş binasını əhatə edən setkalanmış əraziyə doğru temperatur şəraitində gəzintiyə buraxılmalıdır. Belə gəzinti quşlar üçün çox əhəmiyyətlidir. Çünki, quşlar bu zaman yaşıl kütlə qəbul edir, orqanizmə lazım olan digər maddələr tapırlar.
Yaşından asılı olaraq quşlar üçün nəzərdə tutulan temperatur, nəmlik rejimi tələb olunur. Birinci 20 günlükdə quş binasında nəmlik 65-70%, sonrakı dövrlərdə isə 55-60 % səviyyəsində saxlanmalıdır.
Quşların saxlanmasında temperaturun birinci günlük yaş dövründə havanın temperaturu 35-330 C-də olub, 6-12 günlük yaşda 25-240 C-də olur. 21-günlük yaşda qızdırıcılar söndürülür və binada temperatura 210CQuşların normal inkişafı üçün binanın işıqlandırılmasının böyük əhəmiyyəti vardır. Binanın işıqlandırılması üçün (1 m2 sahə üçün 4 Vt hesabı ilə) 60 Vt gücündə lampalardan istifadə edilməli, bu da normal işıqlanmaya gətirib çıxara bilər. Lampalar 1,8 m hündürlükdən asılmışdır və endirilir.Qeyd etmək lazımdır ki, quşların boy və inkişafı, gələcək məhsuldarlığı digər amillərlə yanaşı yemləmənin və baxımın düzgün təşkilindən xeyli aslıdır.Qeyd etmək lazımdır ki, quşların boy və inkişafı, gələcək məhsuldarlığı digər amillərlə yanaşı yemləmənin və baxımın düzgün təşkilindən xeyli aslıdır. Zaman fasiləli işıq rejiminin köməyi ilə yemləmə stimullaşdırıla bilər.
0 Comments