Vladimir cinsli qazların digər cinslərlə müqayisədə saxlanmasında və yemlənməsində o qədər də qayğı tələb olunmur. Həm də çəkilərinə görə digərlərindən heç də geri qalmırlar. Erkək qazların çəkisi 8-10 kq, dişiləri isə 7-8 kq olur. İl ərzində 40-45 yumurta verirlər. Vladimir cinsli qazlar üçün bu, orta göstəricilərdir, xüsusi şəraitdə saxlanıldıqda daha məhsuldar olmaqla çəkiləri 16 kq-a qədər arta bilər.
Saxlanma və yemlənmə şəraitindən asılı olaraq məhsuldarlıq dəyişə bilər.
Fermada qazlar 9 il ərzində hər ildə 90 yumurta vermək qabiliyyətinə malikdirlər. Əlbəttə, saxlanma və yemlənmə şəraitindən asılı olaraq məhsuldarlıq dəyişə bilər. Belə böyük quşlar üçün bu çox yaxşı göstəricidir. Quşlar həm də payızda tüktökmə dövründən sonra da yumurta vermək qabiliyyətinə malikdir. İkinci yumurta vermə tsiklini almaq üçün iyulun ortasından başlayaraq onların açıq şəraitdə gəzinti günlərini qısaltmaq lazımdır. Bunun üçün onları səhər saat 8-də gəzməyə buraxmaq, günorta saat 3-də isə hinlərinə qaytarmaq lazımdır.
Vladimir cinsli qazların hini tam olaraq qaranlıq olmalıdır. Belə rejimdə onları 20 gün saxlamaq lazımdır. Sonra yavaş-yavaş 1 həftə ərzində günlərini 7 saatdan 14 saata keçirmək lazımdır. Nəticədə sentyabrın ikinci yarısından qazlar intensiv olaraq yumurta verməyə başlayırlar. Bu yumurtlama dövrü 3.5-4 ay davam edir. Bu dövr bitdikdən sonra onları adi gün rejiminə keçirmək lazımdır. 2-2.5 aydan sonra isə yaz-yay yumurtlama tsikli başlayacaq (martda).
İnkubatorda hər 100 yumurtadan 75-76 cücə almaq olar. 70-75 günlük qazlardan artıq ət almaq məqsədi ilə istifadə etmək olar. Dişi qazlar 10-11 aylığında yumurta verməyə başlayırlar.
İndi isə qazları necə böyütmək və onlara necə qulluq etmək haqqında bir neçə məsləhətlərə diqqət yetirək.
Vladimir cinsli qazlar üçün ilk olaraq cütlükləri və qrupları seçmək lazımdır. Dişiləri çox yumurta verənlərdən, erkəkləri isə yumurtanı mayalandırma faizi yuxarı olanlardan seçilir. Cütlüklər arasında qohumluq əlaqələrinin olmamasına xüsusi diqqət yetirmək lazımdır. Bunu müəyyən etmək asandır: sadəcə olaraq onları nişanlamaq və hər bir quşu siyahıya almaq lazımdır. Qazların qruplara yığılması isə payızda başlayır.
Add New Post ‹ Quşçuluq və ferma avadanlıqları — WordPress (rafaaz.com)
0 Comments