Toyuqların əsas tələbatlarına hərəkət etmək, eləcə də qaçmaq,
tullanmaq, yaxud uçmaq, istirahət etmək, qrup şəklində yaşayış və
bədənə qulluq aiddir. Bundan əlavə müxtəlif qida maddələrini əldə etmə
və yemin qəbulu ilə bağlı saxlanma üsulu, eləcə də yeri eşələmək, nəcis
ifraz etmək, lələklərinə qulluq və qida maddələrinin hissələrinin dimdiyi
ilə götürülməsi kimi hallar aiddir. Bu normal təbii şəraitə uyğun hallar
kökəltmə üçün olan təsərrüfatlarda maksimum dərəcədə məhdudlaşdırılır
və yaxud tamamilə aradan qaldırılır

Ətlik toyuqların çatışmamazlığı

a) Yemin axtarışı və qəbulu
Toyuqlar torpaqda eşələnir
və yemi tapıb qəbul edir. Yemin
axtarışı toyuğun gündəlik vaxtının
60 %-ni təşkil edir. Onlar yaşıl ot,
yarpaqlar, toxumlar, meyvələr
və digər yemlərlə qidalanırlar.
Vaxtaşırı mümkün olduğu halda
onlar soxulcan, həşəratlar və
kiçik sürünənlər ilə qidalanırlar.
Lakin ətlik istiqamətdə kökəldilən
toyuqlarda yem axtarışı üçün vaxt,
qidanın qəbulu və dimdiyi ilə xırdalanması vaxtı xeyli qısaldılmışdır. Onlar
yem qablarında yüksək keyfiyyətli, işlənmiş, hazır şəkildə üyüdülmüş və
preslənmiş qüvvəli yem qəbul edirlər və yalnız gündəlik vaxtın 10 %-ni
yem qəbuluna sərf edirlər. Onların digər məşğuliyyəti üçün tələbləri
yerinə yetirilməmiş qalır.


0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *