Quşçuluğun iqtisadi əhəmiyyəti – Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtlamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə, məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir.

Toyuqçuluq

Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt səmərəli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin. Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından, cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımi səviyyədə təşkilindən asılıdır. Planlı cins olaraq Şimali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraitinə yaxşı uyğunlaşsalar da, az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq olur). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlidir.

Dağlıq və dağətəyi zonalarda ən az qüvvəli yem sərf etməklə, ucuz otlaq yemindən istifadə edərək hər il yüz minlərlə qaz yetişdirmək və kökəltmək mümkündür. Dünyanın inkişaf etmiş ölkələrində ildə adambaşına orta hesabla 15-16 kq və daha çox quş əti istehlak edilir. Eyni zamanda bir insan il ərzində orta hesabla 280 ədəd yumurta istifadə edir.

qusculugun iqtisadi ehemiyyeti

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə uyğun olaraq respublika ərazisinə başqa dövlətlərdən yoluxucu və epizootik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən dövlət nəzarəti, həmçinin adı çəkilən maddənin 14.7-ci bəndinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin idxal-ixracı və tranziti müvafiq ölkələrin epizootik durumu nəzərə alınmaqla, beynəlxalq baytarlıq sertifikatının müşayiəti ilə həyata keçirilir. Bunun nəticəsidir ki, hal-hazırda respublika ərazisində heyvanların və quşların təhlükəli yoluxucu xəstəliklərə yoluxma halları müşahidə olunmur. Ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış münbit şəraitdən istifadə edən iş adamları tərəfindən respublikaya baytarlıq nəzarətində olan digər ərzaq məhsulları ilə yanaşı, quşçuluq məhsulları da gətirilir. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli qərarı ilə tənzimlənir.

Quşçuluq

Quşçuluq dedikdə, yumurta, ət istehsalı və yanaşı məhsul kimi lələklərin istehsalı başa düşülür. Quşçuluğun əsas istiqaməti kimi kənd təsərrüfatı məqsədi üzrə istiqamətlənmiş quş növləri, hind quşları, yumurtalıq və ətlik toyuqlar, qazlar və ördəklər nəzərdə tutulur. Digər quş növləri isə kənd təsərrüfatında iqtisadi cəhətdən yüksək qiymətləndirilmir. Quşçuluq dünyada geniş yayılmışdır, ev təsərrüfatında və iri fermalarda saxlanılır. Əhalinin yumurtaya və ətə olan tələbatının ödənilməsində iqtisadi cəhətdən önəm daşıyır. Quş məhsullarının istehsalı 50-60-cı illərdən etibarən tədricən inkişaf etmişdir. Bunun səbəbi aşağıdakılardır:

Yeni sortların hibridləşdirilməsi;

İstehsalda sahəyə qənaət, yəni o qədər də böyük ərazinin tələb olunmaması;

İstehlakçıların tələbatının yüksək olması.

Dünyada yumurta istehsalı getdikcə artır. Xüsusilə çində yumurta istehsalı 1999-2004 illərdə 31 % artmışdır. Həmçinin dünyada quş əti istehsalı 1999-cu ildən indiyə qədər sürətlə inkişaf edir.

Quşların saxlanması

Xüsusilə quşların saxlanmasında iqtisadi cəhətdən əraziyə tələbat çox aşağıdır, asan daşınandır, quş əti və yumurtasının istehsal dəyəri digər heyvandarlıq sahələrinə nisbətən daha azdır Bu səbəbdən quşçuluq təsərrüfatları istehsal baxımdan böyük əhəmiyyət daşıyır. Əsas xərc amillərinə aiddir: bina, tövlənin təchizatı, yem, iş və heyvan sağlamlığı üçün çəkilən xərclər. Həmçinin dünya ölkələrində kənd təsərrüfatında quşçuluğun istehsalı üçün məhdudiyyət demək olar ki, yoxdur.


0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *