Quşların saxlanılması
Quşların küməsdə saxlanılması onlar üçün çox mühimdir. Toyuqların yumurta məhsuldarlığı onların cinsindən, saxlanma sistemindən, yerləşmə sıxlığından, qrupun say tərkibindən, yaşlı və az məhsuldar toyuqların cavan toyuqlarla vaxtında əvəz olunmasından, onların saxlanma texnologiyasından və xüsusən də yemlənmənin düzgün təşkilindən asılıdır.
Quşların küməsdə saxlanılması ilk olaraq onların biologiyasına görə qaydaya uyğun saxlanma zamanı istehsal məqsədinə, bununla əsaslı biliklərə və bundan da əldə olunan qida maddələri ilə təchiz edilməsinə olan tələbata, ətraf mühitin qorunması prinsipinə, saxlanma, gigiyena və menecment sisteminə dayanır.
Quşların özünəməxsus bioloji əsaslı tələbləri var, burada ətraf mühitin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. Onların küməsdə saxlanmasında baş sayı düzgün hesablanaraq yerləşdirilməlidir. Heyvanlar bir m2 -ə düşən baş sayına, yaxud bir m2 -ə düşən çəkiyə görə yerləşdirilir. Saxlanma üsullarında quşlarla müxtəlif davranma tələblərinin normasına cavab verməklə ətraf mühitin qorunmasına, yemləməyə, işıq, temperatur, iqlim, zərərverici qazlar, küməsin təchizatına və quşların yerinin quruluğuna nəzər yetirilməlidir.
Quşların saxlanmasında küməs temperaturun önəmi
Quşlarda, xüsusilə böyük temperatur dəyişiklikləri olduqda, bədən temperaturunu nizamlama xüsusiyyəti var, yüksək temperatura qarşı onlar xüsusilə həssasdır. Quşlarda tər vəziləri yoxdur, bu zaman başqa istilik nizamlama mexanizmləri işə düşür.
Toyuqlarda aşağı temperatur zamanı bədəndə enerji ehtiyatına tələbat artır, bu da yemə və məhsuldarlığa təsir edir. Buna görə də küməsin temperaturunu normaya uyğun nizamlamaq böyük rol oynayır. Həmçinin havanın rütubətliliyi də quşlar üçün, onların anatomik-fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq əhəmiyyətlidir, xüsusilə yüksək temperatur şəraitində. Bu zaman bədənin nəfəs alıb-vermə ilə temperaturunun aşağı salınması effektli olmur
Küməsin təchiz edilməsi
Ferma və fermanın təchizatı heyvanın biologiyasına uyğun olmalıdır və eyni zamanda optimal istehsal şərtlərini ödəməlidir. Ferma və onun təchizat sistemi yarım ildən bir ardıcıl olaraq müxtəlif nöqteyi-nəzərdən davamlı olaraq inkişaf etdirilməlidir. Quşçuluq fermaları gündəlik olaraq təbii işıq və süni işıq ilə təchiz olunur. Fermanın iqliminə nəzarət və normaya salınması ventilyatorlar və yaxud komplekt iqlim nizamlayıcı sistemləri ilə nail olunur. Tövlənin havası dəyişdirilir:
• Təzyiqli havalanma: Sərf edilmiş tövlə havasının sorulması (tez-tez istifadə edilir).
• Yuxarı hissədən təzyiqlə havalanma: Ventilyatorların köməyilə çöldəki hava tövləyə daxil olur. (Təcrübədə gözlənilən nəticəni az vermişdir).
• Bərabər təzyiqli havalanma: Ventilyatorları eyni miqdarda qoymaq və tövlənin çirkli havasını təmizləmək. Hava cərəyanının qarşısını almaq və bununla xəstəlik riskini azaltmaq üçün mümkün qədər aşağı hava sürətini saxlamaq lazımdır. Yemləmə üçün kifayət qədər uzunluqda yem qabları mövcud olmalıdır ki, bununla heyvanların hər zaman yem qəbul etməsi üçün rahat şərait olsun. Yem qabları elə qoyulmalıdır ki, mümkün qədər az yem itkisi olsun (2%-dən az). Bunlar yem qablarının dərinliyindən, yemlərin qablara dolma hündürlüyündən və yem qablarının enindən asılıdır. Yem qablarının uzunluğu quşların növlərinə uyğun ana xətlər və azad seçim əsasında təyin edilir.
Quşların necə saxlanılmaslı haqqında məlumat əldə etmək üçün.
0 Comments