Yem payı tərtib edilməsi:

Saxlanma şəraitindən, quşların sayından və quşçuluq təsərrüfatının yem ehtiyatlarından asılı olaraq müxtəlif quşların yemlənməsi sistemlərindən istifadə olunur. Adətən hazır qarışıq zavod yemlərindən başqa, təsərrüfat daxilində istehsal olunan yemlərin qarışığı, yaxud da xüsusi dən yemləri-əlavə qarışıqlardan da istifadə oluna bilər.

Xüsusilə yem payı tərtib edilərkən yumurtlayan toyuqların məhsuldarlığına uyğun qida maddələrinə olan tələbatı tam ödənilməlidir. Məhsuldarlıq dəyişərsə, müvafiq düzəlişə ehtiyac yaranır. Əgər yumurta vermə səviyyəsi adətən yumurtlamanın 8-9-cu aylarında 70 %-ə qədər aşağı düşərsə, bu zaman enerji və protein norması uyğun tərzdə dəyişməlidir. Yumurtlamanın ilk günlərində yumurtlama səviyyəsinin aşağı düşməsinə baxmayaraq, yem qarışığında enerji, protein və əvəzolunmaz amin turşularının miqdarı artırılmaqla, məhsuldarlığın yüksəlməsinə imkan yaratmaq mümkün ola bilər.

Quşların yemlənməsində xüsusi yem qarışığından istifadə edilir. Xüsusi yem qarışığı dedikdə, təsərrüfat daxilində müxtəlif komponentlərdən hazırlanmış tam dəyərli yem qarışıqları nəzərdə tutulur.

Müxtəlif bitki dənləri, zülal, mineral maddələr, vitaminlər və digər bioloji aktiv maddələrin qarışıqları;

Bütöv dənlərin, vitamin-mineral əlavələrinin kompleks kombinasiyaları;

Müxtəlif dən yemləri, alınma zülali yemlər və digər yem qarışıqları.

quslarin yemlenmesi

Quşların yemlənməsi üçün əlavə qatqılar:

Təsərrüfat daxilində heyvanların yem qarışıqları, quşların enerji təminatında əsas yer tutmaqla yanaşı, xırdalanmış yarma halda verilir. Belə qarışıqlarda buğda və qarğıdalının istifadəsinə məhdudiyyət qoyulmasa da, digər yemlərin miqdarı norma çərçivəsindən kənara çıxmamalıdır. Çünki quşların bağırsaq yolları qısa olduğundan buğda, arpa, vələmir və yarmaların tərkibindəki xam sellüloza qidalı maddələrin mənimsənilməsinə maneçilik törədir. Məsələn, tərkibində acı tamlı maddələr və nişastasız polisaxaridlərin olmasına və bu səbəbdən iştaha ilə yeyilmədiyinə görə darı üçün 15 % miqdarında yemə qarışdırmaq daha münasib sayılır.

Yem seçərkən diqqət yetirməli olduqlarımız:

Quşların yemlənməsi üçün dən yemləri seçərkən, xüsusilə darı, tritikale və digər taxıl yemlərində çovdar mahmızının olmasına diqqət yetirmək lazımdır, çünki onun hətta az miqdarı (0,5 q/kq) yumurta məhsuldarlığına mənfi təsir göstərir. Belə hallar göbələklə yoluxmuş yemlər üçün də səciyyəvi sayılır. Yararlı enerji mənbəyi kimi yem qarışıqlarının tərkibinə pörtləmə kartof və quru cecə də daxil edilir. Yemin həzmə gediciliyini artırmaq üçün yemin tərkibinə nişastasız monosaxaridləri parçalayan fermentlər qatılır. Eyni zamanda içirilən suyun miqdarının azaldılması nəmliyi də aşağı salmaqla, təmizlik işlərini xeyli dərəcədə asanlaşdırır. Ferment əlavələrinin yem payında arpa, vələmir və darı bol olan hallarda verilməsi daha məqsədyönlü sayılır. Müxtəlif komponentlərin yem qarışığında yol verilən həddi aşağıdakı cədvəldə öz əksini tapır.

Quşların yemlənməsi sistemləri:

Saxlanma üsulundan, quşların baş sayından və təsərrüfatın yem bazasından asılı olaraq müxtəlif yemlənmə sistemləri tətbiq edilir. Adətən hazır qarışıq zavod yemlərindən başqa, təsərrüfat daxilində istehsal olunan yemlərin qarışığı, yaxud da xüsusi dən yemləri-əlavə qarışıqlardan da istifadə oluna bilər.
Xüsusilə yem payı tərtib edilərkən yumurtlayan toyuqların məhsuldarlığına uyğun qida maddələrinə olan tələbatı tam ödənilməlidir. Məhsuldarlıq dəyişərsə, müvafiq düzəlişə ehtiyac yaranır. Əgər yumurta vermə səviyyəsi adətən yumurtlamanın 8-9-cu aylarında 70 %-ə qədər aşağı düşərsə, bu zaman enerji və protein norması uyğun tərzdə dəyişməlidir. Yumurtlamanın ilk günlərində yumurtlama səviyyəsinin aşağı düşməsinə baxmayaraq, yem qarışığında enerji, protein və əvəzolunmaz amin turşularının miqdarı artırılmaqla, məhsuldarlığın yüksəlməsinə imkan yaratmaq mümkün ola bilər.
Quşların yemlənməsində xüsusi yem qarışığından istifadə edilir. Xüsusi yem qarışığı dedikdə, təsərrüfat daxilində müxtəlif komponentlərdən hazırlanmış tam dəyərli yem qarışıqları nəzərdə tutulur.

Yem qarışıqlarının növləri:

Müxtəlif bitki dənləri, zülal, mineral maddələr, vitaminlər və digər bioloji aktiv maddələrin qarışıqları;

Bütöv dənlərin, vitamin-mineral əlavələrinin kompleks kombinasiyaları;

Müxtəlif dən yemləri, alınma zülali yemlər və digər yem qarışıqları.

Təsərrüfat daxilində heyvanların yem qarışıqları, quşların enerji təminatında əsas yer tutmaqla yanaşı, xırdalanmış yarma halda verilir. Belə qarışıqlarda buğda və qarğıdalının istifadəsinə məhdudiyyət qoyulmasa da, digər yemlərin miqdarı norma çərçivəsindən kənara çıxmamalıdır.
Çünki quşların bağırsaq yolları qısa olduğundan buğda, arpa, vələmir və yarmaların tərkibindəki xam sellüloza qidalı maddələrin mənimsənilməsinə maneçilik törədir. Məsələn, tərkibində acı tamlı maddələr və nişastasız polisaxaridlərin olmasına və bu səbəbdən iştaha ilə yeyilmədiyinə görə darı üçün 15 % miqdarında yemə qarışdırmaq daha münasib sayılır. Dən yemlərini seçərkən, xüsusilə darı, tritikale və digər taxıl yemlərində çovdar mahmızının olmasına diqqət yetirmək lazımdır, çünki onun hətta az
miqdarı (0,5 q/kq) yumurta məhsuldarlığına mənfi təsir göstərir. Belə hallar göbələklə yoluxmuş yemlər üçün də səciyyəvi sayılır. Yararlı enerji mənbəyi kimi yem qarışıqlarının tərkibinə pörtləmə kartof və quru cecə də daxil edilir. Yemin həzmə gediciliyini artırmaq üçün yemin tərkibinə nişastasız monosaxaridləri parçalayan fermentlər qatılır. Eyni zamanda içirilən suyun miqdarının azaldılması nəmliyi də aşağı salmaqla, təmizlik işlərini xeyli dərəcədə asanlaşdırır. Ferment əlavələrinin yem payında arpa, vələmir
və darı bol olan hallarda verilməsi daha məqsədyönlü sayılır. Müxtəlif komponentlərin yem qarışığında yol verilən həddi aşağıdakı cədvəldə öz əksini tapır.

Source: https://www.e-derslik.edu.az/noduploads/vet_pdf/qusculuq.pdf

Əlavə məlumatlar:

Toyuq yemleri